Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Polşanın “LOT” aviaşirkəti Varşavadan Bakıya birbaşa reyslərə başlayacaq

Polşanın “LOT” aviaşirkəti may ayından etibarən Varşava-Bakı istiqamətində birbaşa reyslərə başlayacaq.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat aviaşirkətin sosial şəbəkələrdəki hesablarında yayılıb. Qeyd edilib ki, Bakı şəhəri aviaşirkətin uçuş şəbəkəsindəki növbəti şəhər olacaq.

Varşava Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçiriləcək. İlk uçuş mayın 27-də baş tutacaq.

Aviaşirkətin internet səhifəsində Varşava-Bakı arasında uçuşlar üçün biletlərin satışına start verilib.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …