Cümə , 5 Dekabr 2025
Drone Cameras

Prague Civil Society Centre Formula-1 yarışları fonunda Azərbaycanda jurnalist həbslərini pisləyib

Prague Civil Society Centre (Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi) Azərbaycanda AbzasMedia jurnalistlərinin həbsləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, dünyadan minlərlə tamaşaçının izlədiyi Formula-1 yarışları Bakıda keçirildiyi vaxt, AbzasMedia-nın əməkdaşları həbsdə saxlanılmaqda davam edir:

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər. Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Yarışdan cəmi iki həftə əvvəl Bakı Apellyasiya Məhkəməsi “AbzasMedia işi” üzrə son iclası keçirərək jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova və Fərid Mehrəlizadənin siyasi motivli həbslərini qüvvədə saxladı. Onlara ümumilikdə 59 il 6 ay həbs cəzası verilib”.

“İdman tədbirləri Azərbaycanın dünyada tanınması üçün mühüm vasitəyə çevrilib. Lakin Formula-1-in qalibləri alqışlandığı bir vaxtda unudulmamalıdır ki, rejim eyni zamanda müstəqil medianın səsini həbsxana divarları arxasında boğur”, – Prague Civil Society Centre-in bəyanatında bildirilir.

Check Also

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq …