Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident Ərdoğan  Cengiz Kurtoğlu ilə mahnı ifa etdi – VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda universitet tələbələri ilə görüşüb. AK Partiya Gənclik Qolunun təşkil etdiyi ÜNİAK FEST proqramına qatılan Ərdoğan gənclərə müraciət edib. Digər tərəfdən, Ərdoğanın çıxışından sonra səhnəyə çıxan Cengiz Kurtoğlu “duyanlara, duymayanlar ” mahnısını ifa edib.

Boyukmillet.com Türkiyə mətbuatına istindən xəbər verir ki,  UniAKFest (Universitet AK Gənclik Festivalı) AK Partiya Gənclik Qolu Başkanlığı tərəfindən Sarıyerdəki Volkswagen Arenada keçirilib. Günorta saatlarında başlayan festivalda gənclər sənətçilərin müşayiəti ilə əyləniblər. Proqrama prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Burada gənclərlə görüşən prezident Ərdoğan tribunada onların arasında əyləşib. Prezident Ərdoğanı Prezidentin sözçüsü İbrahim Kalın, AK Partiya sədr müavini Həmzə Dağ, prezident Ərdoğanın nəvəsi və oğlu Bilal Ərdoğan müşayiət edib.

Prezident Ərdoğan səhnəyə çıxarkən Sinan Akçıl da səhnəyə gələrək “Şarttir” mahnısını ifa edib. Salonda gənclərə müraciət edən prezident Ərdoğan pankartları da oxudu.


Sizinlə fəxr etməmək mümkündürmü? Prezident Ərdoğan gənclərə xitab edərək, “Doğ, ey Günəş, buludlar parlasın. Qoy məzlumlar mahnılarını oxusun, Türk əsri başlasın. Sabah yox, indi. Bizimlə olan bütün gəncləri salamlayıram.”
 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …