Şənbə , 7 Mart 2026
Drone Cameras

Prezident: “Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib”

Bu gün biz bir neçə beynəlxalq çağırışla üzləşirik. Təəssüf olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

“Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Check Also

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə …