Bazar , 7 Dekabr 2025
Drone Cameras

Prezident Bakı Forumunun iştirakçılarını Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb

Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.

Check Also

Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf

Erməni baş nazir Azərbaycan Prezidentinin dəfələrlə söylədiyini niyə indi söyləyir? “Qarabağa aid danışıqlar prosesi heç …