Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Prezident İlham Əliyev belaruslu həmkarı ilə görüşüb

Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.

Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …