Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Prezident müxalifət partiyaları ilə birgə seçkilərin nəticələrini tanımadığını elan etdi…

“Mən bu seçkiləri tanımıram, bu seçkilər tanınmaz – bunun tanınması Rusiyanın ölkəyə daxil olmasının tanınması deməkdir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili müxalifət liderləri ilə birgə keçirdiyi brifinqdə açıqlama verib. Onun qiymətləndirməsinə görə, 26 oktyabr seçkiləri tamamilə saxtalaşdırılıb.

Salome Zurabişvili deyib: “Saxtakarlığı ört-basdır etmək üçün texnologiyadan istifadə edilib. Belə şey indiyə qədər olmayıb. Bu seçkilər Gürcüstanda deyil, Rusiyada keçirilib”.

Prezident və müxalifət partiyaları ictimaiyyəti sabah (28 oktyabr tarixində) Rustaveli prospektinə toplaşmağa çağırış ediblər: “Sizi sabah axşam saat 19:00-da Rustaveliyə dəvət etmək istəyirik ki, birlikdə bu seçkiləri tanımadığımızı dünyaya bəyan edək”, – deyə prezident müraciətində bildirib.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …