Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Prezident: “Özününməşğulluq proqramına cəlb olunanlar arasında 5 mindən çox şəhid ailəsinin üzvü və müharibə əlilləri var”

Son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq. “Dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özününməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir”, – deyə dövlət başçısı əlavə edib.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …