Şənbə , 28 Mart 2026
Drone Cameras

Prezident Rəşad Məmmədovu Türkiyəyə səfir təyin etdi

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən R.E.Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edillib.Qeyd edək ki, Rəşad Məmmədov indiyədək Azərbaycanı qardaş Qazaxıstanda səfir kimi layiqincə təmsil edirdi. Onun həm Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyəyə qaldırılmasında, həm də, Türksoylu ölkələr arasında əməkdaşlığın genişlənməsində effektiv fəaliyyəti olub. Bu fəaliyyətin qardaş Türkiyə Cümhuriyyətində də davam etdiriləcəyi inamı ilə hörmətli səfir Rəşad Məmmədovu təbrik edir, uğurlar diləyirik!

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …