Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”

“İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”, – Prezident əlavə edib.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …