Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

Prezident üç nəfərə ali xüsusi rütbələr verib – SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Boyukmillet.com  xəbər verir ki, sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

– Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi

– Xudiyev Anar Xudayar oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi.

Check Also

Lökbatan qəsəbəsindəki “VİP LOMBARD” vətəndaşa fırıldaq gəlib – ŞOK FAKTLAR

Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard …