Cümə , 13 Mart 2026
Drone Cameras

Prezidentdən Şahin Məmmədovla bağlı SƏRƏNCAM

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədova ali hərbi rütbə verilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov “kontr-admiral” ali hərbi rütbəsinə layiq görülüb.

Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

2024-cü ildən yenidən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …