Cümə , 29 Mart 2024
Drone Cameras

“Prezidentin bu sərəncamı Kəlbəcər və Laçında işləri sürətləndirəcək” – Aqil Məmmədov

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb.

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov məsələyə münasibət bildirərkən deyib ki, bu sərəncam hazırda bölgədə aparılan böyük işlərə əhəmiyyətli dəstək məqsədi daşıyır: “Hazırda işğaldan azad olunmuş ərazilərdə çoxşaxəli yol çəkilişi layihələri həyata keçirilir. Eyni zamanda, Göygöl rayonundan başlayaraq Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində həm, əvvəlki yolların bərpası və müasir standartlara uyğunlaşdırılması, həm də, yeni tunel yollarının çəkilişi həyata keçirilir. Hazırda, Murov dağının hər iki üzü demək olar ki, böyük tikinti meydanını xatırladır. Əraziyə çoxsaylı texnika və işçi qüvvəsi cəlb olunub. Cənab Prezidentin aparılan yol çəkilişi işlərinə maliyyə dəstəyinin ayrılması ilə bağlı sərəncamı bu işlərin daha effektiv olmasına və vaxtında istifadəyə verilməsinə zəmin yaradacaq. Yəqin ki, yol çəkilişi prosesində belə sərəncamların şahidi olacağıq”.

A.Məmmədovun sözlərinə görə verilmiş sərəncam doğma yurda dönməyə tələsən kəlbəcərlilər tərəfindən sevinclə qarşılanıb: “Bizim insanlar hazırda Kəlbəcərə yol çəkilişini, elektrik və digər infrastruktur işlərini diqqətlə izləyirlər. Qayıdış prosesinin başlanacağı günü səbirsizliklə gözləyirlər. Belə sərəncamlar onların qayıdışıla bağlı gözləntilərini daha da qüvvətləndirir. İnanırıq ki, çox yaxın zamanda, çəkilən yollarla Kəlbəcərə, Laçına rahatlıqla gedə biləcəyik”.

Check Also

NATO-nun keçmiş baş katibi Ermənistandan rüşvət alıb

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır? Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …