Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Prezidentin islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur ” – QHT sədri

2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük  canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir. Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
O, qeyd edib ki,  ölkədə konseptual və struktur xarakterli islahatlar sürətlə həyata keçirilməkdədir. Sevindirici haldır ki, bu islahatlar müxtəlif sahələrdə paralel aparılmaqla yanaşı, vahid baxışı ifadə edir. Heç şübhəsiz bu islahat baxışı  ölkə prezidentinin  Azərbaycanın inkişafı və gələcəyi ilə bağlı olan strateji konsepsiyasıdır. 
Prezidentin  islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur.  Təşkilat rəhbəri bu istiqamətdə atılan addımlar sırasında cari ilin fevral ayından başlayaraq, Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri  keçirilən görüşləri də xüsusi olaraq vurğulayıb. “Azərbaycan hakimiyyəti ölkənin bütün siyasi qüvvələri ilə dialoqun tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu görüşlər yaxşı ənənədir. Xüsusən hakimiyyət tərəfindən bu addımın atılması çox vacib idi. Demək olar ki, əsas müxalifət partiyaları bu görüşlərdə iştirak edir.  Təkcə Əli Kərimli  bu görüşdə iştirakdan boyun qaçırmaqla, növbəti dəfə ümummilli  maraqlardan deyil, şəxsi və qrup maraqlarından çıxış etdiyin sübut etdi. Bu tükənmiş “siyasi” partiyanın Azərbaycanın inkişafına hər hansı tövhə verəcəyini də güman etmək olmaz. Hər halda, hökumət tərəfindən siyasi iradə və etika nümayiş olunmuşdur. Bildiyimiz kimi, Bu görüşlər davam etməkdədir. Ən əsası isə müxalifət partiyalarının bu görüşləri müsbət qiymətləndirməsi və davamlı olması ilə bağlı fikirlər səsləndirlməsidir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bütün partiyalara bərabər imkanlar yaratmasını da xüsusi qeyd etmək lazımdır.”
Təşkilat sədri bildirib ki, VI çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması islahatlara prosesinə öz tövhəsini verəcəkdir.“Məlum olduğu kimi,  Yeni Azərbaycan Partiyası Milli Məclisdə böyük üstünlük qazanıb. Hakim partiya 70, birtərəflər 41, digər partiyalar isə 10  millət vəkili ilə Milli Məclisdə təmsil olunur. Sözsüz ki, çoxluq olaraq, Yeni Azərbaycan Partiyası həm parlament rəhbərliyində, həm də komitələr üzrə  öz üzvlərinin seçilməsi üçün kifayət qədər səsə malik idi.
Lakin prezident İlham Əliyev tərəfindən siyasi sistemi möhkəmləndirmək üçün mühüm bir addım atıldı. Ölkə başçısı Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq,  parlament rəhbərliyinin demək olar ki, paritet əsasda formalaşması ideyasını irəli sürdü. Milli Məclisin rəhbərliyi YAP, bitərəflər və azlıqda qalan müxalifət partiyalarının nümayəndələrindən formalaşdırıldı.
Həm Milli Məclisin sədrinin, həm də müavinlərinin ictimaiyyət arasında nüfuzlu şəxslərdən seçilməsi və bu şəxslərin  keçmişləri ilə bağlı yalnız müsbət tarixçələrin olması çox mühüm amildir. Bu amil həm siyasi elitaya həm də cəmiyyətə mühüm ismarıcdır.Başqa bir məqam isə hakim partiya tərəfindən spiker postuna xanım deputatın namizədliyinin irəli sürülməsi idi. Siyasi islahatlar kontekstində bu addım, məclisdə daha da tələbkar və işgüzar mühitin yaradılmasına imkan yaradacaq.”  
Cəsarət Hüseynzadə Milli Məclisin komitə rəhbərliklərində də müxalifət partiyalarına və bitərəflərə böyük etimad göstərildiyin qeyd edib. “Komitənin sədr müavinləri postuna müxalifət partiyalarından 6, bitərəflərdən 4 və  YAP-dan 5 millət vəkili seçilmişdir. Komitə sədrləri vəzifəsində YAP-dan 10, bitərəflərdən 4 və müxalifət partiyalarından 1 millət vəkili təmsil olunur. Ümumilikdə isə 30 rəhbər vəzifəyə 15 müxalifət partiyaları və bitərəflərin nümayəndələri irəli çəkilmişdir (7 müxalifət və 8 bitərəf).” 
Prezident ilham Əliyev Parlamentin açılış iclasındakı çıxışında xüsusi olaraq, islahat kursunun davam etdiyini bildirmişdir. Prezident hazırki mərhələdə bu kursun iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar kimi qiymətləndirərək, onları ölkənin ictimai və siyasi həyatında daha aktiv olmaya səsləmişdir – deyə təşkilat sədri bildirib.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …