Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezidentin köməkçisi azad olunan ərazilərə getmək istəyənlərə müraciət edib

“Vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir”, – E.Hüseynov qeyd edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Prezidentin xüsusi nümayəndəsi deyib ki, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərib: “Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğunu, yüksəkdə tutduğunu göstərdi. Vətəndaşlarımız da arxayın olsunlar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq.

Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər vacibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaqlarda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …