Bazar , 24 Noyabr 2024
Drone Cameras

“Prezidentin xəbərdarlığı məmur-vətəndaş münasibətlərində əsas meyar olmalıdır” – Deputat Aqil Məmmədov

“Karantin rejiminin qaydalarının pozulması ilə müşayiət olunan toplantılar, əyləncə mərasimləri qanunsuz hərəkət olmaqla yanaşı, koronavirus pandemiyasına qeyri-ciddi yanaşmağın göstəricisidir. Bütün dünya koronavirusla mübarizə apardığı, dünya iqtisadiyyatının böhran yaşadığı, insanların həyatının ağırlaşdığı indiki vaxtda, bu cür hallar yolverilməzdir”.

Bu barədə Turkustan.info-ya açıqlamasında Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkilinin sözlərinə görə hər bir vətəndaş mövqeyindən, vəzifəsindən asılı olmayaraq qanun qarşında bərabərdir: “İndiki dövrdə vəzifəli və cəmiyyətdə ictimai nüfuz daşıyıcısı olan şəxslər üçün qanunlara riayət həm də mənəvi məsuliyyət məsələsidir. Cəmiyyətdə böyük reaksiyaya səbəb olan son günlərin hadisələri onu deməyə əsas verir ki, hər bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq daşımalı olduği mənəvi məsuliyyəti unutmamalıdır. Koronavirus infeksiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə bu cür münasibətlər haqlı olaraq ölkə ictimaiyyətində narazılıq doğurur. Dövlətin müvafiq qurumları da qanunlar əsasında zəruri cəza tədbirlərini görürlər”.

A.Məmmədov bildirir ki, ölkə Prezidenti məmurların təvazökar olması, xalqın qayğıları ilə yaşamaları haqda az qala hər çıxışında qeyd edir: “Cənab Prezident yeni təyin etdiyi icra başçıları ilə keçirdiyi video-qəbulda da insanlarda qıcıq yaradan davranışlara son qoyulması haqda xəbərdarlıq etdi. Hesab edirəm ki, bu xəbərdarlıqlar nəhayət ki, məmurların davranışında, xalqla ünsiyyətdə əsas meyarlar olacaq”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …