Şənbə , 4 Aprel 2026
Drone Cameras

Professor: “Yaxın aylarda kütləvi vaksinasiya başlayacaq”

“Nəqliyyatda bəzən sıxlıq müşahidə olunur. Ehtiyac olmadığı hallarda ictimai nəqliyyatdan istifadə etməyək. Karantin rejimi sərtləşdirildikdə onsuz da hamı evdə oturmalıdır”.

Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Yəqin ki, yaxın aylarda kütləvi vaksinasiya başlayacaq. Artıq Azərbaycanın həmin vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı tədbirləri bitirib. Biz necə ki, Vətən Müharibəsində qələbə qazandıq, ümid edirəm ki, koronavirusla mübarizədə də qələbə qazanacağıq”, – A.Qurbanov əlavə edib.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …