Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.
Prokuror M.Namazova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitənin istifadəsi) maddəsinə tövsif edilməsini istəyib.
Dövlət ittihamçısı həmçinin M.Namazov barəsində 228.2.2-ci maddənin isə 228.1 və 228.4-cü maddələrinə tövsüf edilməsini isrətib.
Prokuror qeyd edilən maddələrlə M.Namazovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini isrəyib.
Qeyd edək ki, rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onun avtomobilindən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir. (musavat.com)