Şənbə , 27 İyul 2024
Drone Cameras

Pulu hansı valyutada saxlamaq lazımdır?

“İnvestisiya üçün valyuta seçərkən sabit xarici valyutalara – devalvasiyaya məruz qalmayanlara diqqət yetirmək lazımdır”.

Boyukmillet.com  xəbər verir ki, bunu iqtisadçı İlyas Zaripov deyib. 

Onun sözlərinə görə, bu vəziyyətdə Çin yuanından əlavə, Honq-Konq dolları və BƏƏ dirhəmi ilə də investisiya etməyi düşünə bilərsiniz.

Ekspertin fikrincə, Rusiyaya “dost olmayan” ölkələrin valyutaları ilə işləmək hazırda kifayət qədər risklidir – onları istənilən vaxt dondurmaq olar:

“Bundan əlavə, Rusiya bankları bu cür valyutalarla əməliyyatlar üçün komissiyalar və digər məhdudiyyətlər tətbiq edib və ya tətbiq etməkdədir.

Həm də Türkiyə, Qazaxıstan və Hindistan valyutalarına investisiya qoymağa çalışmamalısınız. Onlar volatilliyi artırıblar və Hindistan rupisini ölkədən ümumiyyətlə, çıxarmaq olmaz”,-deyə o bildirib.

Xəzər

Check Also

Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,3 milyon manat …