Cümə , 31 Mart 2023

Putin Şimali Qafqazı ona tapşırır

Rusiya Prezidenti Vladimir Putin keçmiş baş prokuror Yuri Çayka ilə görüşüb.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Putinin Çaykaya prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi olmağı təklif edib. O, Çaykanın yeni vəzifəyə təyin edilməsi ilə barədə hələlik Putinin heç bir sərəncam imzalamadığını bildirib.

Qeyd edək ki, Çayka 14 il baş prokuror vəzifəsini icra etdikdən sonra yanvarın 20-də vəzifəsindən azad edilib. Onun yerinə İstintaq Komitəsinin sədr müavini İqor Krasnov gətirilib. (axar.az)

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …