Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Putin və Ərdoğan üz-üzə: “Yeni toqquşma qaçılmazdır” – Durum kritik həddə

“Bölgədə baş verən son gəlişmələr Rusiya və Türkiyəni üz-üzə qoya bilər”

Bunu türk politoloq Taha Dağlı deyib.

Taha Dağlı Türkiyə və Rusiyanı üz-üzə qoyacaq faktorları belə sıralayır:

NATO faktoru:

Alyansın “Türkiyənin yanındayıq açıqlamaları və NATO-nun aprel ayında Şərqi Avropada başlayacağı irimiqyaslı hərbi təlimlər.

ABŞ faktoru:

Amerikanın döyüş gəmilərinin Qara dənizdəki hərəkətliliyi və Vaşinqtonun İdlibə olan marağı. Çünki ABŞ Hələbdən Aralıq dənizinə qədər uzanan bölgənin tamamilə Rusiya və İranın nəzarətində olmasına razı deyil.

Qara dəniz ölkələri:

Rumıniya, Bolqarıstan, Ukrayna və Gürcüstan – bu ölkələrin Türkiyə ilə yaxın münasibətləri Rusiyanın maraqlarına uyğun deyil. Bura Krım məsələsi də daxildir.

İngiltərə faktoru:

İngiltərə son zamanlarda Rusiyanın İdlib və Liviyadakı hərbi fəaliyyətlərinə etiraz etməyə başlayıb.

Avropa ölkələrinin mövqeyi:

Rusiya Fransa və Almaniyanın İdlib prosesində yer almasına razı deyil. Çünki Avropa İttifaqından Rusiyanın İdlibdəki fəaliyyətlərinə açıq etirazlar var.

Rusiyaya sanksiya təhdidi:

Rusiya Haftarla münasibəti, muzdlular və qanunsuz təbii qaz satışı kimi məsələlərə görə sanksiya təhdidi qarşısındadır. Xüsusən də ABŞ-dan…

Rusiyada iqtisadi böhran:

Son dönəmlər daxildəki böhran Putinin Rusiyadakı reytinqini aşağı salıb. Rusiya böhranın dar boğazından keçir.

Rusiya-BƏƏ münasibətləri:

Putinin ötən il oktyabr ayında BƏƏ-yə səfərindən sonra rus kəşfiyyatı bu ölkə ilə münasibətlərini sıxlaşdırdı. Hətta rusların Liviyadakı “Vaqner” qrupunun maliyyəsinin BƏƏ tərəfindən ödənildiyi bildirilir. İki ölkə arasındakı yaxın əlaqələr ABŞ-ı narahat edən faktordur.

Tramp-Putin faktoru:

Xarici siyasətdə İran, Çin və Şimali Koreyanı düşmən elan edən Tramp təkcə Rusiyaya toxunmadı. Bu il ABŞ-da keçiriləcək seçilərə qədər ABŞ-dan Rusiyaya həmlə ediləcəyi gözlənilir.

Türkiyə ilə əlaqələr:

Türkiyə və Rusiyanın Suriya və Liviyadakı maraqları toqquşur, buna baxmayaraq eyni masa arxasında oturublar. Üstəgəl, tərəflər arasında yeni AES-in inşası, “S-400” və “Türk axını” kimi layihələr var. Bu, Qərbi narahat edən amillərdir”. (teleqraf.com)

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …