Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Putinin sözləri Makronu qorxudub

Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Emmanuel Makronla telefon danışığında ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə zərbələr endirməsini xatırlatması Qərb liderlərini təşvişə salıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Putin Makronla söhbətində 1945-ci ildə Yaponiyanın təslim olmasına səbəb olan partlayışların böyük şəhərlərə hücum etmədən qələbənin mümkünlüyünü göstərdiyi fikrini ifadə edib.

“Makron açıq şəkildə təşvişə düşüb. Deyilənlər Putinin Kiyevi toxunulmaz tərk edərkən Ukraynanın şərqində taktiki nüvə silahı istifadə edəcəyinə dair yöndəmsiz ağır işarə kimi səslənirdi”, – mənbə vurğulayıb.

Fransa hökumətindəki mənbə nəşrə şərhində izah edib ki, Putin nüvə silahından istifadə ilə bağlı Rusiya doktrinasına uyğun olaraq bütün variantların nəzərdən keçirildiyi barədə məlumatı çatdırmaq istəyib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …