Cümə , 22 Noyabr 2024
Drone Cameras

Putinlə Ərdoğan Qarabağı müzakirə edib? – Makfarleyn

Türkiyə böyük güc imici əldə etməyə cəhd edən dövlətdir və o, bu böyük regionda (Böyük Yaxın Şərq nəzərdə tutulur – red.) bütün problemlərin həllində rol oynadığını göstərməyə çalışır. Məhz bu səbəbdən Ankaranın maraqları regionda vacib rol oynayan Moskvanın maraqları ilə tez-tez toqquşur.

Bu sözləri Axar.az-a açıqlamasında britaniyalı politoloq Nil Makfarleyn deyib. Rusiya və Türkiyə liderlərinin son görüşündən bəhs edən Makfarleyn Putin və Ərdoğanın təkcə İdliblə bağlı yox, bəlkə də qeyri-rəsmi şəkildə Qarabağdakı vəziyyətlə bağlı danışıqlar apardıqlarını da qeyd edib:

“Türkiyə çalışır ki, Cənubi Qafqazda öz təsirini artırsın, həmçinin mövqelərini gücləndirərək, Rusiya ilə danışıqlar üçün əlavə mövzular yaratsın. Bu, Türkiyənin siyasi ambisiyalarını nümayiş etdirən praktik əhəmiyyətli taktiki addımdır. Türkiyədən bu məsələdə dəstək gözləyən Azərbaycan faktorunu nəzərə almaq lazımdır. Türkiyə bu dəstəyin mövcud olduğunu açıq şəkildə göstərir. Bu kontekstdə Ankara Moskva ilə Qarabağ məsələsində danışıqların mümkünlüyünü görür. Türkiyə Azərbaycanın maraqlarını irəli sürərək mövcudluq məsələsini həll edir, amma Rusiyaya da onun regiondakı unikal rolunu etiraf etməyə mane olmur”

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …