Şənbə , 28 Mart 2026
Drone Cameras

Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Check Also

Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub

İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən “Mayuree Naree” yük …