Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı:Qələbəni milli birliyimiz qazandı

Azərbaycan 44 günlük müharibədə xalqın birliyi ilə, 30 illik torpaq həsrətimizə son qoya bildi. Qarabağ yenidən doğuldu. Harada yaşamasından, hansı vəzifədə işləməsindən aslı olmayaraq, hamı birləşdi. Milli ruh və birliyik millətimuzə QƏLƏBƏ sevincini yaşatdı.
Bu gərgin günlərdə bütün varlığı ilə həm maddi və həm də mənəvi olaraq ordumuza dəstək verən həmyerlimiz, Rusiya Federasiyasında yaşayan, İmişli rayonu Sərxanlı kəndindən olan, iş adamı SALMAN GƏRAY oğlu SALMANOV olmuşdur. O, 44 günlük müharibədə N saylı hərbi hissəyə dəfələrlə, ardıcıl olaraq müxtəlif yardımlar göndərmişdir.


Xalqımızın milli xüsusiyyətlərindən biri də mərhəmətli olmaq, xeyriyyəçilik etməkdir. Vətən Salman Salmanov kimi vətənpərvər oğulların çiyinlərində dayanır.


Ərazi bütövlüyümüz güclü siyasi iradənin, ordu-xalq, xalq-iqtidar birliyinin gücü ilə təmin olundu. İnanırıq ki, azad olunmuş ərazilərimizin abadlaşdırılmasında da, Salman Salmanov kimi, Azərbaycan oğulları yaxından iştirak edəcək, köməklərini əsirgəməyəcəklər.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin

Qarabağ Azərbaycandır!


Yasəmən Möhübbətqızı
AJB-nin üzvü Beynəlxalq sülh səfiri
İSBAM sədrinin müşaviri

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …