Boyukmillet.com xəbər verir ki, Rahil Tahirlinin şeirlərini təqdim edir:
Öz budağın kəsir hamı
Neyləsə özünə edir,
Öz budağın kəsir hamı.
Çox arzu ürəkdə qalır,
Arzusundan kəsir hamı.
Kimi öz sözündə ağa,
Kimi öz gözündə ağa,
Kimi yer üzündə ağa,
Öz içində əsir hamı.
Yel qopur tozun göstərir,
Adam var özün göstərir.
Allah sərt üzün göstərir,
Baxıb tir-tir əsir hamı.
Yaxşı ki, ayrıla bildik
Burax bu işin “niyə”sin,
Çox qaşısaq, qanı çıxar.
Bizdən Leyli-Məcnun deyil,
Nağıl qəhrəmanı çıxar.
Demə bu yol qoşa imiş,
Bu yolu qoşa getmədik.
Yaxşı ki, ayrıla bildik,
Nə yaxşı, boşa getmədik.
Gəl, son bir oyun oynayaq,
Kim birinci getsə, udsun.
Gəl ataq bir-birimizi,
Kim uzağa atsa, udsun.
Alıb-satdım ömrü qoz tək
Dərd yaladı, yedi duz tək,
Barmaq çəkib baxdı toz tək.
Alıb-satdım ömrü qoz tək –
Mənə qaldı tıqqıltısı.
Kim başıma kül ələdi,
Kim tutdu, kim güllələdi?!
Şah budağım “şaq” elədi,
Şahə qalxdı şaqqıltısı.
Budur ömrün sürüntüsü,
Ha bax, yox ki, görüntüsü,
Ürəyimdə döyüntüsü,
Saatımda çıqqıltısı.
Ayrılaq − sevgi yaşasın
Ayrılaq − sevgi yaşasın,
Gəlib oduna düşməyim.
Olum dilinin ucunda,
Ancaq, yadına düşməyim.
Qoy, bu quşu çən aparsın,
Qoy, bir quş da çənə qalsın.
Şəkilləri mənə qaytar,
Çərçivələr sənə qalsın.
Gözlərin su yolu deyil,
Göz yaşını döndər geri.
Bir də ki, yanında qalan
Fikrimi tap, göndər geri.
Ayrılaq − sevgi yaşasın,
Gəlib oduna düşməyim.
Olum dilinin ucunda,
Ancaq yadına düşməyim.
Ayrılaq − sevgi yaşasın…
Yaş aparar göz yükünü
Yaş aparar göz yükünü,
Qələm çəkər söz yükünü,
Hərə alar öz yükünü
Dərdləri mən daşıyaram.
Ələ verər tələ quşu,
Ələ baxar tale quşu,
Ömrüm boyu gözümdə su,
Saçımda dən daşıyaram.
Dərd üstümə əlin silər,
Dilər məndən ta nə dilər,
Əcəl məni öldü bilər –
Quru bədən daşıyaram.
Allah sözə parçalandı
Dünya Tanrının ovcundan,
Ya gözündən kürə düşdü.
Demədiyim ürəyimə,
Dediyim söz yerə düşdü.
Açar varmı, açaq dərdi,
Qaçqın dərdi, qaçaq dərdi.
Sinəmizi bıçaq dəldi −
Dağ ayrıldı, dərə düşdü.
Əksi ona oxşamadı,
Yat, bu yemək axşamadı.
Yaman yerdə axşamladı,
Yaman yerdə şərə düşdü.
Alov közə parçalandı,
Bulaq gözə parçalandı,
Allah sözə parçalandı −
Ayə düşdü, surə düşdü.
Dərd köynəyim uzun gələr
Kimə nə var, olanım bu,
Bir az da ayıb geyərəm.
Bu gün yırtdığım kəfəni
Bir gün yamayıb geyərəm.
Sən gedərsən, tozun gələr,
Üzün yoxsa, üzün gələr,
Dərd köynəyim uzun gələr –
Qolun çırmayıb geyərəm.
Yarpağı düşər budağın,
Yolu aşılar bu dağın,
Öpüb, qoxlayıb… torpağın
Yaxasın açıb geyərəm.
Qələm də çürüdü qəmdən
Bu dünyanı beş qəpiyə
Satmışamsa, ta satmışam.
Satıb dəyər-dəyməzinə
Batmışamsa, ta batmışam.
Yel qopdu uçdu alaçıq,
Göylərə uçdu alaçıq,
Quru yerdə üstü açıq
Yatmışamsa, ta yatmışam.
Bərk-bərk yapışdım qələmdən,
Qələm də çürüdü qəmdən.
Özümü öz pəncərəmdən
Atmışamsa, ta atmışam.
Bu dünyanı beş qəpiyə
Satmışamsa, ta satmışam.
Üzülmə, yolun sonuna
Çatmışamsa, ta çatmışam.
Aynalar da olmasa
Mən yenə də özümlə
Ovudaram özümü.
Ovuda bilməyəndə
Uyudaram özümü.
Sözüm olmaz sözümlə,
İşim yoxdur özümlə.
İçim yanar, gözümlə
Soyudaram özümü.
Arzum yolda qalmasa,
Məni fikir almasa.
Aynalar da olmasa,
Unudaram özümü.
Ömür keçir çətində,
O küçədə, bu tində…
Vərəqlərin içində
Qurudaram özümü.
Dərdi çıxartdım başıma
Nə var saldım ürəyimə,
Nə vardı atdım başıma.
Çəkə-çəkə əzizlədim,
Dərdi çıxartdım başıma.
Bilmirəm saralıb solum,
Bilmirəm ağarıb solum.
Mən ağ bayraq qaldırıram,
Taleyimə təslim olum.
Bunun sirrin bilmək olmur,
Kim deyir ki, yaş ağardır.
Ömrüm boyu ah çəkmişəm,
İndi saçım diş ağardır.
Qızlar üz döndərər daha,
Qarılar yığılıb gələr.
Artar ağ-ağ çiçəklərim,
Arılar yığılıb gələr.
Nə var saldım ürəyimə,
Nə vardı atdım başıma.
Çəkə-çəkə əzizlədim,
Dərdi çıxartdım başıma.
Bir də məndən bax özünə
Gəlib qaranlıq içində
Qara bürünürsən, Allah.
Bir də məndən bax özünə
Necə görünürsən, Allah.
Gün göstərib çiçəklədib
Sonra da qar atma daha.
Və xoşbəxt ola bilməyən
Adamlar yaratma daha.
Nədir bizdə bu ağırlıq
Adına da dərd deyirlər.
Namərdliyi insan edir
Dünyaya namərd deyirlər.
“Ol” dedin oldu olanlar
Dilin gəlmir dağıtmağa.
Bilirəm, Sən də bezibsən,
Əlin gəlmir dağıtmağa.
Gəlib qaranlıq içində
Qara bürünürsən, Allah.
Bir də məndən bax özünə
Necə görünürsən, Allah.
Adam da günəş kimi…
Baxma nəsə etmirəm,
Edəcəyəm, darıxma.
Özümü burda qoyub
Gedəcəyəm, darıxma.
İndi durub baxıram –
Hər şey veyil-veyilmiş.
Mənim dediyim dünya
Heç bu dünya deyilmiş.
Guya başqa nə olur?..
Əzəl və əcəl olur.
Adam da günəş kimi
Üfüqdə gözəl olur.
Dur sual ver özünə
Ta özümdən özümə
Gedib gələ bilmirəm.
Hərdən də bir iş çıxır
Gedib ölə bilmirəm.
Yerim qayıb olandan,
Yaşayıram yalandan,
Gülmək ayıb olandan
Rahat gülə bilmirəm.
Düpbədüz bax gözünə,
Hər şeyi de üzünə.
Dur sual ver özünə:
Nəyi bölə bilmirəm.
Ta özümdən özümə
Gedib gələ bilmirəm.
Hərdən də bir iş çıxır
Gedib ölə bilmirəm.
Od əl çəkər, külü neylər
Gül içindən açılar gül,
Gül açmasa, gülü neylər.
Yanmağı dərd etmə könül,
Od əl çəkər, külü neylər.
Bilən bilməz, bilə bilsə…
Vuran elə tutan əlsə…
Üstünə qorxular gəlsə,
Qala bilsən, ölü neylər.
Balıqdı da… dildə balıq,
Qoysan, durmaz əldə balıq…
Yar, sıxılar göldə balıq,
Dərya bilən gölü neylər.
Bilmirəm
Dərdə qucaq açmışam,
Çəpər, divar, bilmirəm.
Boş mədədən, boş cibdən
Ağır nə var, bilmirəm.
Sözümü söz yanına,
Qaşımı göz yanına,
Yar məni öz yanına
Qoyar, qovar, bilmirəm.
Rahil, susma, ya din, ya…
Bax önünə, ya dön, ya…
Haçan səni bu dünya
Satar, sovar, bilmirəm.
Can görür can üstəsən
Səs eşitcək özün get,
Öz hayına özün yet,
Durub dünyanı hiss et
Dünya bürünsün sənə.
Dinə bilsən, dil anlar
Yerdə, göydə olanlar.
Bütün qurdlar, ilanlar
Çağır, sürünsün sənə.
Can görür can üstəsən…
Həkim deyir xəstəsən.
Nəyi görmək istəsən
İnan, görünsün sənə.
Qəm dünyaya əkiz gəlib
Yığıblar gözümün yağın,
Suyuna yiyə durmuşam.
Babam, pisinə, yaxşına −
Soyuna yiyə durmuşam.
Ayın-ilin toxuduğu,
Düşmən baxanda qorxduğu,
Anamın yerə soxduğu
Boyuma yiyə durmuşam.
Quş uçub − səsə qalmayıb,
Uçub, heç kəsə qalmayıb,
İllərdən nəsə qalmayıb,
Sayına yiyə durmuşam.
MANERA.AZ Rahil Tahirlinin şeirlərini təqdim edir:
Öz budağın kəsir hamı
Neyləsə özünə edir,
Öz budağın kəsir hamı.
Çox arzu ürəkdə qalır,
Arzusundan kəsir hamı.
Kimi öz sözündə ağa,
Kimi öz gözündə ağa,
Kimi yer üzündə ağa,
Öz içində əsir hamı.
Yel qopur tozun göstərir,
Adam var özün göstərir.
Allah sərt üzün göstərir,
Baxıb tir-tir əsir hamı.
Yaxşı ki, ayrıla bildik
Burax bu işin “niyə”sin,
Çox qaşısaq, qanı çıxar.
Bizdən Leyli-Məcnun deyil,
Nağıl qəhrəmanı çıxar.
Demə bu yol qoşa imiş,
Bu yolu qoşa getmədik.
Yaxşı ki, ayrıla bildik,
Nə yaxşı, boşa getmədik.
Gəl, son bir oyun oynayaq,
Kim birinci getsə, udsun.
Gəl ataq bir-birimizi,
Kim uzağa atsa, udsun.
Alıb-satdım ömrü qoz tək
Dərd yaladı, yedi duz tək,
Barmaq çəkib baxdı toz tək.
Alıb-satdım ömrü qoz tək –
Mənə qaldı tıqqıltısı.
Kim başıma kül ələdi,
Kim tutdu, kim güllələdi?!
Şah budağım “şaq” elədi,
Şahə qalxdı şaqqıltısı.
Budur ömrün sürüntüsü,
Ha bax, yox ki, görüntüsü,
Ürəyimdə döyüntüsü,
Saatımda çıqqıltısı.
Ayrılaq − sevgi yaşasın
Ayrılaq − sevgi yaşasın,
Gəlib oduna düşməyim.
Olum dilinin ucunda,
Ancaq, yadına düşməyim.
Qoy, bu quşu çən aparsın,
Qoy, bir quş da çənə qalsın.
Şəkilləri mənə qaytar,
Çərçivələr sənə qalsın.
Gözlərin su yolu deyil,
Göz yaşını döndər geri.
Bir də ki, yanında qalan
Fikrimi tap, göndər geri.
Ayrılaq − sevgi yaşasın,
Gəlib oduna düşməyim.
Olum dilinin ucunda,
Ancaq yadına düşməyim.
Ayrılaq − sevgi yaşasın…
Yaş aparar göz yükünü
Yaş aparar göz yükünü,
Qələm çəkər söz yükünü,
Hərə alar öz yükünü
Dərdləri mən daşıyaram.
Ələ verər tələ quşu,
Ələ baxar tale quşu,
Ömrüm boyu gözümdə su,
Saçımda dən daşıyaram.
Dərd üstümə əlin silər,
Dilər məndən ta nə dilər,
Əcəl məni öldü bilər –
Quru bədən daşıyaram.
Allah sözə parçalandı
Dünya Tanrının ovcundan,
Ya gözündən kürə düşdü.
Demədiyim ürəyimə,
Dediyim söz yerə düşdü.
Açar varmı, açaq dərdi,
Qaçqın dərdi, qaçaq dərdi.
Sinəmizi bıçaq dəldi −
Dağ ayrıldı, dərə düşdü.
Əksi ona oxşamadı,
Yat, bu yemək axşamadı.
Yaman yerdə axşamladı,
Yaman yerdə şərə düşdü.
Alov közə parçalandı,
Bulaq gözə parçalandı,
Allah sözə parçalandı −
Ayə düşdü, surə düşdü.
Dərd köynəyim uzun gələr
Kimə nə var, olanım bu,
Bir az da ayıb geyərəm.
Bu gün yırtdığım kəfəni
Bir gün yamayıb geyərəm.
Sən gedərsən, tozun gələr,
Üzün yoxsa, üzün gələr,
Dərd köynəyim uzun gələr –
Qolun çırmayıb geyərəm.
Yarpağı düşər budağın,
Yolu aşılar bu dağın,
Öpüb, qoxlayıb… torpağın
Yaxasın açıb geyərəm.
Qələm də çürüdü qəmdən
Bu dünyanı beş qəpiyə
Satmışamsa, ta satmışam.
Satıb dəyər-dəyməzinə
Batmışamsa, ta batmışam.
Yel qopdu uçdu alaçıq,
Göylərə uçdu alaçıq,
Quru yerdə üstü açıq
Yatmışamsa, ta yatmışam.
Bərk-bərk yapışdım qələmdən,
Qələm də çürüdü qəmdən.
Özümü öz pəncərəmdən
Atmışamsa, ta atmışam.
Bu dünyanı beş qəpiyə
Satmışamsa, ta satmışam.
Üzülmə, yolun sonuna
Çatmışamsa, ta çatmışam.
Aynalar da olmasa
Mən yenə də özümlə
Ovudaram özümü.
Ovuda bilməyəndə
Uyudaram özümü.
Sözüm olmaz sözümlə,
İşim yoxdur özümlə.
İçim yanar, gözümlə
Soyudaram özümü.
Arzum yolda qalmasa,
Məni fikir almasa.
Aynalar da olmasa,
Unudaram özümü.
Ömür keçir çətində,
O küçədə, bu tində…
Vərəqlərin içində
Qurudaram özümü.
Dərdi çıxartdım başıma
Nə var saldım ürəyimə,
Nə vardı atdım başıma.
Çəkə-çəkə əzizlədim,
Dərdi çıxartdım başıma.
Bilmirəm saralıb solum,
Bilmirəm ağarıb solum.
Mən ağ bayraq qaldırıram,
Taleyimə təslim olum.
Bunun sirrin bilmək olmur,
Kim deyir ki, yaş ağardır.
Ömrüm boyu ah çəkmişəm,
İndi saçım diş ağardır.
Qızlar üz döndərər daha,
Qarılar yığılıb gələr.
Artar ağ-ağ çiçəklərim,
Arılar yığılıb gələr.
Nə var saldım ürəyimə,
Nə vardı atdım başıma.
Çəkə-çəkə əzizlədim,
Dərdi çıxartdım başıma.
Bir də məndən bax özünə
Gəlib qaranlıq içində
Qara bürünürsən, Allah.
Bir də məndən bax özünə
Necə görünürsən, Allah.
Gün göstərib çiçəklədib
Sonra da qar atma daha.
Və xoşbəxt ola bilməyən
Adamlar yaratma daha.
Nədir bizdə bu ağırlıq
Adına da dərd deyirlər.
Namərdliyi insan edir
Dünyaya namərd deyirlər.
“Ol” dedin oldu olanlar
Dilin gəlmir dağıtmağa.
Bilirəm, Sən də bezibsən,
Əlin gəlmir dağıtmağa.
Gəlib qaranlıq içində
Qara bürünürsən, Allah.
Bir də məndən bax özünə
Necə görünürsən, Allah.
Adam da günəş kimi…
Baxma nəsə etmirəm,
Edəcəyəm, darıxma.
Özümü burda qoyub
Gedəcəyəm, darıxma.
İndi durub baxıram –
Hər şey veyil-veyilmiş.
Mənim dediyim dünya
Heç bu dünya deyilmiş.
Guya başqa nə olur?..
Əzəl və əcəl olur.
Adam da günəş kimi
Üfüqdə gözəl olur.
Dur sual ver özünə
Ta özümdən özümə
Gedib gələ bilmirəm.
Hərdən də bir iş çıxır
Gedib ölə bilmirəm.
Yerim qayıb olandan,
Yaşayıram yalandan,
Gülmək ayıb olandan
Rahat gülə bilmirəm.
Düpbədüz bax gözünə,
Hər şeyi de üzünə.
Dur sual ver özünə:
Nəyi bölə bilmirəm.
Ta özümdən özümə
Gedib gələ bilmirəm.
Hərdən də bir iş çıxır
Gedib ölə bilmirəm.
Od əl çəkər, külü neylər
Gül içindən açılar gül,
Gül açmasa, gülü neylər.
Yanmağı dərd etmə könül,
Od əl çəkər, külü neylər.
Bilən bilməz, bilə bilsə…
Vuran elə tutan əlsə…
Üstünə qorxular gəlsə,
Qala bilsən, ölü neylər.
Balıqdı da… dildə balıq,
Qoysan, durmaz əldə balıq…
Yar, sıxılar göldə balıq,
Dərya bilən gölü neylər.
Bilmirəm
Dərdə qucaq açmışam,
Çəpər, divar, bilmirəm.
Boş mədədən, boş cibdən
Ağır nə var, bilmirəm.
Sözümü söz yanına,
Qaşımı göz yanına,
Yar məni öz yanına
Qoyar, qovar, bilmirəm.
Rahil, susma, ya din, ya…
Bax önünə, ya dön, ya…
Haçan səni bu dünya
Satar, sovar, bilmirəm.
Can görür can üstəsən
Səs eşitcək özün get,
Öz hayına özün yet,
Durub dünyanı hiss et
Dünya bürünsün sənə.
Dinə bilsən, dil anlar
Yerdə, göydə olanlar.
Bütün qurdlar, ilanlar
Çağır, sürünsün sənə.
Can görür can üstəsən…
Həkim deyir xəstəsən.
Nəyi görmək istəsən
İnan, görünsün sənə.
Qəm dünyaya əkiz gəlib
Yığıblar gözümün yağın,
Suyuna yiyə durmuşam.
Babam, pisinə, yaxşına −
Soyuna yiyə durmuşam.
Ayın-ilin toxuduğu,
Düşmən baxanda qorxduğu,
Anamın yerə soxduğu
Boyuma yiyə durmuşam.
Quş uçub − səsə qalmayıb,
Uçub, heç kəsə qalmayıb,
İllərdən nəsə qalmayıb,
Sayına yiyə durmuşam.
Bir dərd doğma, biri qərib,
Göydən düşüb, yeri dəlib,
Qəm dünyaya əkiz gəlib,
Tayına yiyə durmuşam.
Bir dərd doğma, biri qərib,
Göydən düşüb, yeri dəlib,
Qəm dünyaya əkiz gəlib,
Tayına yiyə durmuşam.