Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcması: “Ermənistan barışıq çağırışlarımıza cavab vermir”

“Ermənistan hələ də barışıq çağırışlarımıza cavab verməyib”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı bəyanatda əksini tapıb.

İcma qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğunu açıqlayıb: “Bununla bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik”.

Bildirilib ki, Qərbi Azərbaycan İcmasının davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də icmanın barışıq çağırışlarına cavab verməyib: “Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur.

Beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına edilən vurğunun artması və Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə sarsılmaz qayıtmaq istəyi İcmanın qayıdış hüququ istiqamətində səylərini artırmağa ruhlandırır.

Eyni zamanda qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır. Biz qayıdış hüququmuza dövlətlər və təşkilatlar tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …