Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcmasının rəhbərliyi şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib

Bu gün Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, sədrin müavinləri millət vəkili Hikmət Babaoğlu, millət vəkili Ramil Həsən, İcmanın Gənclər Birliyinin sədri, millət vəkili Ramin Məmmədov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş xain silahlı hücum, terror aktı nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak edib, şəhidin atasına, doğmalarına dərin hüznlə başsağlığı verib, dərdlərinə şərik olublar.

Allah şəhidimizə və bütün şəhidlərimizə rəhmət eləsin. Millətimizin başı sağ olsun.

Corner.az xəbər verir ki, bunu icma sədri, millət vəkili Əziz Ələkbərli feysbuk hesabında yazıb.

Məlum olduğu kimi, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Gəncə şəhərindən olan şəhid Orxan Əsgərovun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Orxan Əsgərovun Bakının Yeni Yasamal qəsəbəsindəki evində və Gəncə şəhərindəki ata evində yas mərasimləri keçirilir. Şəhid Orxan Əsgərov II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …