Fərhad Poladov idmançılar arasında kifayət qədər nüfuza malik olub
Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib. Belə ki, iyulun 30-da idarə etdiyi “Niva” markalı maşınla Bakıda qəzaya düşən idmançı ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Musavat.com xəbər verir ki, F.Poladov “Koroğlu” metro stansiyasının yaxınlığında “Niva” avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.
Poladov iki dəfə kunq-fu üzrə dünya çempionu olub. O, həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını əldə edib.
“Yeni Müsavat” xəbər verir ki, mərhum idmançının sosial şəbəkədəki səhifələrində xeyli sayda insan hadisədən üzüldüyünü bildirib. İstifadəçilər qeyd ediblər ki, Poladov ötən ay gənclər və idman naziri Azad Rəhimov tərəfindən Azərbaycan Respublikasının İdman Ustası adına layiq görülüb.
Poladovun səhifələrində onun iş yeri kimi Xüsusi Dövlət Mühafizə Xidməti göstərilib. Onun məşğul olduğu idman növünə gəlincə isə MMA (Mixed martial arts) qarışıq döyüş sənəti kimi tanınır. Qədim Yunan erası ərzində tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration ( və ya pankreas) tanınan qədim olimpiya döyüşü mövcud idi. Onun oxşar müasir forması isə qarışıq döyüş növləridir. Bu idman növü Qədim Yunanıstanda yaranıb və daha sonra romalılara ötürülüb.
Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunur.
Böyük İsgəndər əsgərləri silahsız döyüşlərdə bacarıqları səbəbi ilə bu idman növünü bacaran (O zaman Pankration) əsgərləri seçib. İsgəndər E.ə. 326-cı ildə Hindistanı işğal etdiyi zaman çoxsaylı pankreasistlərlə birlikdə savaşa girib. Həmin ərəfədə bir sıra Asiya döyüş sənədi doğulub. Pankreas eyni zamanda qarışıq döyüş sənəti kimi tanınan idmanın ilk qeydiyyatdan keçmiş formasıdır.
1925-ci ildə Braziliyanın Rio de Janeyro şəhərində ilk dəfə qarışıq döyüş sənəti tətbiq olunmağa başlanıb.
İlk MMA turniri 1993-cü ildə ABŞ-ın Denver şəhərində keçirilib. Bu yarışmada müxtəlif döyüş sənətlərini istifadə edən idmançılar iştirak ediblər. Bu turnirdə iştirak edənlər Patrick Smith və “Kick Boks” idmanını təmsil edən Kevin Rosier, savaş döyüşçüsü Gerard Gordeu, karate ustası Zane Frazier, atıcı Ken Shamrock, sumo güləşçisi Teila Tuli, professional boksçu Art Jimmerson və braziliyalı Jiu-Jitsu usta qara kəmər Royce Gracie iştirak ediblər.
İdman növünün özünə məxsus qaydaları var. Belə ki, saçı çəkmək, tökmək, cinsiyyət orqanlarına vurmaq, kəllə atmaq, tüpürmək, bədənə hansısa yağ sürtmək, barmağı ağıza, gözə daxil etmək qadağandır. Qardaş Türkiyədə də bu idman növü xeyli məşhurdur. Belə ki, 2013-cü ildə MMA Federasiyası Ali Arık və onun komandası tərəfindən ilk dəfə Türkiyədə təsis edilib. Nəticədə “Türkiyə MMA komandası” formalaşıb. Bu komanda ilə birlikdə hər il nizamlı olaraq Dünya MMA təşkilatlarına, Avropa MMA təşkilatlarına və Balkan MMA təşkilatlarına gedilərək, döyüşlər təşkil olunur.
Türkiyə MMA Federasiya prezidenti Ali Arık 2016-cı ildə WMMAF-da (World Mixed Martial Arts Federation) baş köməkçisi vəzifəsinə gətirilib.
Qısası, demək olar ki, Qarışıq Döyüş İncəsənəti (MMA) digər döyüş sənətlərində istifadə edilən müdafiə, döyüş və hücum üsullarının geniş spektrini əhatə edən müdafiə idmanıdır.
UFC, ONE FC, ROAD FC və BELLATTOR kimi təşkilatlarla MMA daha universal və populyar bir idman halına gəlib.
Göründüyü kimi, Azərbaycanda da bu idman növünün həvəskarları az deyil. 2014-cü ildə qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı keçirilib. Çempionatda 20 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Azərbaycanda Pankration idman növü 2006-cı ildə, Grappling idman növü 2012-ci ilin fevral ayında, MMA idman növü 2012-ci ilin may ayında Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirlyinin rəsmi qeydiyyatından keçib. Hazırda MMA, Pankration və Grappling Federasiyası kimi fəaliyyətdədir. Yüksək səviyyədə yarışlar təşkil olunur.
Onu da qeyd edək ki, bu ilin yanvar ayında qripdən dünyasını dəyişdiyi bildirilən idmançı Xamis Məmmədov da MMA ilə məşğul olurdu.