Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Qəzzada 2023-cü ilin oktyabrından bu yana 169 jurnalist ölüb

Qəzza zolağında 2023-cü il oktyabrın 7-də hərbi əməliyyatların başlamasından bəri azı 169 media işçisi ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti teleqram kanalında məlumat verib.

Məlumata görə, eskalasiyanın son qurbanı bir sıra ərəb nəşrləri və telekanalları ilə əməkdaşlıq edən fələstinli İbrahim Mərvan Muhareb olub.

Qəzza rəsmiləri jurnalistlərin ölümünə görə məsuliyyətin tamamilə İsrail tərəfinin üzərinə düşdüyünü bildirib və beynəlxalq ictimaiyyəti yəhudi dövlətinin rəhbərliyini davam edən cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

Qəzzanın Səhiyyə Nazirliyinin son məlumatına görə, anklavda ölənlərin ümumi sayı 40 139 nəfərə çatıb, 92 743 fələstinli isə yaralanıb.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …