Cümə , 30 Yanvar 2026
Drone Cameras

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

Boyukmillet.com-un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. “Köhlən atlar” ötən ay 38 pillə irəliləmişdi.

“Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

“Araz-Naxçıvan” (66.5) 355-dən 391-ə, “Zirə” (65.5) isə 380-dən 407-yə düşüb.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 537 xalla liderdir.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …