Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

“Qarabağ” komandası Çeçenistanda keçiriləcək yarışa qatılacaq

Rusiya Azərbaycanlıları İttifaqının dəstəyi ilə “Qarabağ” komandası avqustun 22-də Qroznıy şəhərində keçriləcək “Nə, Harada, Nə zaman” beynəlxalq intellektual turnirinə qatılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən daxil olub. Bildirilib ki,  tədbirdə Rusiya Azərbaycanlıları İttifaqını Təşkilatın vitse-prezidenti Elnur Hüseynov təmsil edir. Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri isə Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilidir.

Proqarama əsasən turnir iştirakçıları ümummilli lider Heydər Əliyevin və çeçenlərin milli lideri Əhməd Kadırovun Qroznıy şəhərindəki abidələrini ziyarət edəcəklər.

Səfər çərçivəsində nümayəndə heyətinin Çeçenistan Respublikasının dövlət rəsmiləri ilə görüşləri planlaşdırılır. Rusiya Azərbaycanlıları İttifaqı və səfərə informasiya dəstəyi verən Azərbaycan Diasporu İnformasiya Mərkəzi adından Çeçenistanın rəsmilərinə təşəkkür plaketlərinin təqdim ediləcəyi nəzərdə tutulub. Çeçenistandakı Azərbaycan icmasının üzvləri ilə görüş də səfər proqramına daxil edilib.

Check Also

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX-nin təcridxanasında erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov …