Üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində ABŞ-ın Nyu-York şəhərinin mərkəzi küçələrini, meydanları dolaşaraq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıblar.
Boyukmillet.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, rəqəmsal plakatlarda Azərbaycan ərazisinin 20%-nin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, ermənilərin işğalçılıq siyasətinin hələ də davam etdirdiyi, barədə məlumat verilib.
Rəqəmsal plakatların olduğu xüsusi maşınlar “Times” meydanında dayanıb. Avtomobillər Ermənistanın Nyu-Yorkdakı səfirlik binasının və BMT-nın baş qərargahı binasının önündən də keçib. Maşınlar gecə saatlarına qədər Nyu-Yorkda dövrə vuracaqlar.
Bu fəaliyyət ABŞ-ın yerli mediasının, blogerlərinin və fotoqraflarının diqqətini cəlb edib.
Vüsalə Abbasova