Cümə , 25 Aprel 2025
Drone Cameras

Qarabağ Regional ədliyyə idarəsinin rəisi erməni terrorçularının əməllərindən danışdı

“Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən 70-ə yaxın ölkənin ədliyyə nazirinə, prokuroruna və çoxsaylı beynəlxalq təşkilatlara müraciət edilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ Regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

O bildirib ki, müraciətlərdə erməni terrorçularını törətdiyi qeyri-insani əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb, xüsusilə Cenevrə Konvensiyasının müddəalarının pozulması diqqətə çatdırılıb:

“Bu əməlləri törədənlərin cəzalandırılmasının vacibliyi xüsusilə vurğulanıb”.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …