Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

“Qarabağ” reqbi klubu Azərbaycan çempionu olub

Şəkidə reqbi üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Azərbaycan çempionatı keçirilib.

Boyukmillet.com xəbər verir ki, yarışda “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Şəmkir”, “Şəki” və “Gəncə” komandaları iştirak edib.

Qrup mərhələsindən start götürən çempionatın qalibi “Qarabağ” olub. “Qəbələ” və “Şəmkir” kollektivləri eyni qrupda yer alan Şuşa təmsilçisi ilk oyunda “qırmızı-qaralar”ı 20:10 hesabı ilə məğlub edib. İkinci görüşdə “Şəmkir”i 25:15 hesabı ilə üstələyən Nizami Mahmudovun baş məşqçi olduğu komanda qrup lideri kimi yarımfinala yüksəlib.

Bu mərhələdə B qrupunun ikincisi “Gəncə” ilə qarşılaşan “Qarabağ” inamlı qələbə ilə finala adlayıb. Onların həlledici oyundakı rəqibi digər yarımfinal qarşılaşmasında “Qəbələ” məğlub edən “Sumqayıt” olub.

Gərgin mübarizə şəraitində keçən matçda rəqibinə 15:0 hesabı ilə qalib gələn “Qarabağ” ilk dəfə Azərbaycan çempionu adını qazanıb.

Bizim Facebook səhifəmizə abunə olun

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …