Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

“Qarabağ” və “Qəbələ” reytinq siyahısında geriləyib

Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutan 40 qarşılaşma siyahıda müəyyən dəyişikliklərlə səbəb olub.

Cədvəldə yer alan Azərbaycan klublarından da mövqeyində dəyişikliklər qeydə alınıb. 7 təmsilçimiz arasında ən yaxşı nəticəyə malik “Qarabağ” Bakıda İtaliya nın “Fiorentina” klubuna 1:2 hesabı ilə uduzmaqla geriləyib. Cəmi 1 pilləlik enişə üzülən “ağ-göylər” 18,050 xalla 105-ci sırada qərarlaşıb.

9,800 xala malik “Neftçi” isə 2 pillə geriləyərək 162-ci olub. Almaniyada “Maynts”dan 2 cavabsız qol buraxan “Qəbələ” isə üç pillə aşağı düşüb. Təmsilçimiz 7,800 xalla 185-ci pillədə yer alıb.

225-ci yerə şərik çıxan 5 klub arasında yer alan “İnter”in 6,050 xalı var. 4,550 xalla 2 şəriki olan “Xəzər Lənkəran” 277-cı yeri bölüşür. Son 2 həftədə bakılılar 5, cənublular 1 pillə geri düşüb. Digər komandalarımızdan 1 pillə geriləyən “Kəpəz” (4,050) 299-cu, “Bakı” (3,800) 307-ci yerə şərikdi.

Qeyd edək ki, İspaniya “Real”ının (160,656) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 149,299 xalla 2-ci, “Barselona” (İspaniya) 146,656 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir