Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Kaspi” qəzetinin yaranmasının 135 illiyi qeyd olunur

“Kaspi” qəzetinin yaranmasının 135 illiyi qeyd olunur. APA-nın məlumatına görə, qəzet 1881-ci ildən nəşr olunmağa başlayıb və 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxıb. 1884-cü ilin yanvarından isə gündəlik olub.

1897-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürüb və redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılıb. O, 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək qəzetin redaktoru olub. Ondan sonra qısa müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb.

Qəzetdə H.Zərdabidən başqa N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları publisistik yazılarla çıxış edirdilər.

Mətbu orqan 1919-cu ildə fəaliyyətini dayandırıb. 1999-cu ildə yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunub. Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzetin 3 əlavəsi fəaliyyətdədir.

2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilib və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı “Üç əsrin qəzeti” kitabı işıq üzü görüb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir