Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Qarabağa doğru istiqaməti və məsafəni bildirən lövhələr quraşdırılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib, 20 yeni lövhə quraşdırılıb. Qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …