Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

Bir qədər əvvəl sosial şəbəkələrdə və xəbər portallarında Şuşanın Cıdır Düzündə və Füzuli Beynəlxalq Hava Limanında aparılan çəkilişlərdən maraqlı fotolar yayılmıb.

Məlum olub ki, həmin çəkilişlər Bakcell şirkətinin yeni reklam çarxına aiddir. Şirkətdən bildirilib ki, reklam çarxı Bakcell şəbəkəsinin üstünlüyünə həsr edilib.
Azərbaycanın ən sürətli mobil şəbəkəsi artıq işğaldan azad olunmuş torpaqlarımızda da xidmət göstərir. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.

Bu il “Bakcell” şəbəkəsini növbəti dəfə Ookla® “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görüb. Bu gün şəbəkə 8 700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,4%-ni əhatə edir.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …