Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Qarabağda mülki geyimli erməni təxribatçıları dolaşır” – Şok iddia

“Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərinə səfəri müharibə bitəndən sonra belə ermənilərin iddialarından əıl çəkmədiyini göstərir”.

Bunu Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Eskpert qeyd edib ki, bu səfərlə 9 noyabr 2020-ci il bəyanatından irəli gələn müddəalar pozulub:

“Bəyanatın yalnız bəzi ərazilərdən erməni qoşunlarının çıxarılması mərhələsi həyata keçirilib. O da ancaq vaxtilə bufer bölgələr adlandırdıqları ətraf ərazilərdən, yəni Kəlbəcərin yarısı, Laçının mərkəzi istina olmaqla ətrafı və Ağdam rayonlarıdır. Hətta Laçın dəhlizi yaxınlığında, Zabux kəndində hələ də, ermənilər yaşayırlar və üstəgəl də, Qarabağın dağlıq hissəsində Ermənistan MN-nin I Əlahiddə Ordusu hələ də dislokasiya mövqeyini saxlayır”.

R. Məmmədli əlavə edib:

“Ermənistanın müdafiə naziri Arşak Karapetyanın bölgəyə gəlməsinin səbəbi tabeliyində olan hərbi birləşmələrin maddi-texniki vəziyyətini, döyüş hazırlığını yoxlamaqdır. Müharibənin dayanmasına nail olan Rusiya həmin ərazidə erməni əsgərlərinin mövcudluğunu qorudu. Sülhməramlı kontingent erməni hərbi birləşmələrini ərazidən çıxarmadı, əksinə, onların yenilənməsi üçün taktiki şərait yaratmaqda davam edir. Təkcə müdafiə naziri yox, Ermənistan MN-nin digər yüksək çinli şəxsləri də həmin bölgəyə səfərlər edib”.

Bundan başqa, Xocalıda, Qaradağlıda, Kərkicahanda, Malıbəylidə, Quçşularda cinayətlər törətmiş separatçılar – Vitali Balasanyan, Bako Saakyan, Arkadi Qukasyan, Arayik Arutyunyan və s. öz şəbəkələri ilə mövcuddurlar.

Mövcud vəziyyət budur, istəkləri isə təbii ki, həmin ərazidə bir qurumun – “dövlətin” yaradılmasına nail olmaq və hətta bu məsələlərə hüquqi don geyindirməkdir”, – deyə hərbi analitik əlavə edib.

O, Ermənistan MN-nin açıqlamasını şərh edərkən deyib:

“Ermənistan MN açıqlama yaydı ki, Qarabağda mülki şəxs öldürülüb. Onların heç biri mülki şəxs deyil. Əslində, mülki geyimli erməni hərbçiləri – təxribatçılardır. Buna görə də, sülhün bərqərar olunması üçün yeganə yol qanunsuz erməni silahlılarının ərazidən çıxarılmasıdır. Əks təqdirdə, yeni müharibə ocağının alovlanmasının şahidi ola bilərik və bunun da günahkarı Ermənistanla yanaşı, Rusiya olacaq. Çünki sülhməramlılar öhdəliklərini yerinə yetirmirlər”.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …