Şənbə , 14 Mart 2026
Drone Cameras

Qarabağdan 11 nəfər Ermənistana təhvil verildi

Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyan Qarabağdan köçürülmə ilə bağlı açıqlama yayıb.

Boyukmillet.com xəbər verir ki, onun bildirdiyinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib.

Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər.

Nazir vurğulayıb ki, həmin şəxslər 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər.

Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin öz yazılı xahişləri nəzərə alınaraq onların Ermənistan tərəfinə keçməsinə şərait yaradılıb.

Musavat.com

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …