Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

Qaxda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib

Qaxda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib.

Boyukmillet.com xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq aprelin 15-də Qax şəhəri ərazisində və rayonun kənd inzibati ərazi vahidlərində ümumrayon iməciliyi baş tutub.

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilik ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.

Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilat kollektivləri, YAP fəalları və sakinlər fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, yol kənarları alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb.

Check Also

Şöbə müdiri: Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır. Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya …