Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qazaxıstan COVID-19 səbəbi ilə sərt karantinə qayıdacaq

Qazaxıstanda koronavirus pandemiyası ilə mübarizə üçün ciddi karantin məhdudiyyətləri geri qaytarılacaq.

Boyukmillet.com xəbər verir ki, müvafiq tapşırığı ölkə prezidenti Kasım-Jomart Tokayev verib.

Tokayev məmurlara iki gün ərzində cari ilin mart-may aylarında qüvvədə olan sərt karantinə bənzər tədbirlər barədə təklifəri işləyib təqdim etməyi tapşırıb.

Qeyd edək ki, son məlumatlara görə, Qazaxıstanda 21 mindən çox insan koronavirusa yoluxub, 13 min nəfər sağalıb, 183 xəstə ölüb. Ölkədə martın 16-dan mayın 11-dək fövqəladə vəziyyət rejimi qüvvədə olub.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …