Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Qazaxıstan parlamentinə azərbaycanlı deputat seçildi

Qazaxıstan Xalqları Assambleyası VII çağırış parlamentdə təmsil olunacaq deputat siyahısını tərtib edib.

Boyukmillet.com xəbər verir ki, Assambleyanın 9 üzvü parlamentə daxil olacaq.

Yeni seçilmiş deputatlar arasında Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov da var.

Xatırladaq ki, Qazaxıstanda partiya siyahıları üzrə yanvarın 10-u keçirilən parlament seçkilərində ilkin məlumatlara görə, “Nur Otan” partiyası qələbə qazanıb. Növbəti yerlərdə “Ak Jol” və Qazaxıstan Xalq Partiyası gəlir.

Qazaxıstan parlamentində 107 deputat seçilir. Onlardan 98-i ümumxalq səsverməsi yolu ilə, 9-u isə Qazaxıstan Xalqlar Assambleyası tərəfindən seçilir.

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …