Şənbə , 28 Mart 2026
Drone Cameras

Qazaxıstanda AES-in inşası 10-15 milyard dollar qiymətləndirilib

Qazaxıstanda ilk Atom Elektrik Stansiyasının (AES) mümkün inşası 10-15 milyard dollar qiymətləndirib.

Boyukmillet.com xəbər verir ki, bunu “Qazaxıstan Atom Elektrik Stansiyaları” ASC-nin baş direktoru Timur Jantikin deyib.

“Hazırda maliyyə mənbələri üzərində iş aparılır. Bunlar əsasən beynəlxalq maliyyə qurumlarıdır”, – o bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 1-də xalqa müraciətində AES-in inşası məsələsinin ümumxalq səsverməsinə çıxarılmasını təklif edib. Onun fikrincə, bu məsələ ilə bağlı ictimai dinləmələri və hərtərəfli geniş müzakirələri davam etdirmək lazımdır.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …