Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin olunub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Saken İsabekovun respublikanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Saken İsabekov Sainoviç Qazaxıstan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”, – sərəncamda deyilir.

İsabekov əvvəllər Dövlət Mühafizə Xidməti rəhbərinin müavini – Prezidentin mühafizə xidmətinin rəhbəri vəzifəsində işləyib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Yermek Sagimbayev Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …