Cümə , 22 Noyabr 2024
Drone Cameras

QDİƏT-in Baş katibi: “Azərbaycan QDİƏT-in məqsəd və vəzifələri üçün mühüm rol oynayır”

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) məqsəd və vəzifələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Boyukmillet.com xəbər verir ki, bunu təşkilatın Baş katibi Lazar Komanesku bu gün Bakıda keçirilən Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığı “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə deyib.

O bildirib ki, bu tədbirin Bakıda təşkili və keçirilməsi Azərbaycanın məqsəd və vəzifələrin həyata keçirilməsinə verdiyi töhfənin sübutudur: “Bu tədbir turizm sahəsində yüksək potensiallı kadrların yetişdirilməsi üçün təhsilə və peşə hazırlığına xüsusi önəmin göstəricisidir. Qara dənizin geniş ərazisi heyrətamiz təbii gözəlliyə, böyük tarixə və nadir mədəni sərvətlərə malik olaraq geniş şəkildə tanınır. Turizm regionumuzda davamlı iqtisadi inkişaf üçün mühüm sərvətdir. O, həm də insanlar arasında inam və ünsiyyət yaratmaq üçün mühüm vasitədir”.

Baş katib qeyd edib ki, iş yerlərinin yaradılması, investisiya qoyuluşu, infrastrukturun inkişafı və sosial inklüzivliyin təşviqi kimi digər sahələrlə effektiv şəkildə əlaqəli olan turizmin mədəniyyət və mədəni irsə aid sahələrlə də əlaqəli olduğu məlumdur.

L.Komaneskunun sözlərinə görə, bugünkü geosiyasi mənzərə əvvəlkindən daha çox etimad və əməkdaşlıq tələb edir.

Qeyd edək ki, tədbirdə QDİƏT-in 11 üzv dövlətinin turizm üzrə aidiyyəti dövlət qurumlarının rəsmi nümayəndələri və turizm təhsili müəssisələrin təmsilçiləri iştirak edir.

Check Also

Tunisdə yeni turist vergisi tətbiq ediləcək

Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək. Boyukmillet.com xəbər verir ki, yeni vergi turistləri …