Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qeyts TARİX VERDİ: COVID-19 bu müddətdə bitəcək

“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts ABŞ-da koronavirusa qarşı peyvəndlənmənin vaxtını təxmin edib.

Boyukmillet.com xəbər verir ki, o,ABŞ-ın oktyabr ayının sonuna qədər koronavirus peyvəndi əldə edə bilməyəcəyini və bu vaxta qədər sınaqdan keçirilən yalnız bir peyvəndin ABŞ-da istifadəyə hazır ola biləcəyinə inanır.

“Peyvəndlərin heç birinin ABŞ-da oktyabr ayının sonuna qədər təsdiqlənməyəcəyi ehtimalı var. Hər şey yaxşı olarsa, oktyabr ayının sonuna qədər təcili istifadə üçün təsdiqlənə biləcək yeganə peyvənd “Pfizer” şirkətinindir”, – CNBC kanalına açıqlamasında Qeyts bildirib.

“Microsoft”un qurucusu effektiv olduğu sübut olunarsa, gələn ilin dekabr və ya növbəti ilin yanvar aylarına qədər ABŞ-da peyvənd istifadəsinə icazə veriləcəyinə ümid edir.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxma sayı 6,5 milyonu keçib.

Hazırda ölkədə “Moderna”, “Pfizer” və “AstraZeneca” kimi şirkətlər tərəfindən hazırlanmış koronavirus peyvəndlərinin klinik sınaqları davam edir. Bundan əvvəl Prezident Donald Tramp 3 noyabr prezident seçkiləri gününə qədər ABŞ-da COVID-19 peyvəndinin hazır ola biləcəyini söyləmişdi.

ABŞ Qida və Dərman İdarəsinin (FDA) rəhbəri Stiven Hah, “Financial Times” qəzetinə verdiyi müsahibəsində faydalarının potensial risklərdən çox olduğu təqdirdə, klinik sınaqların üçüncü mərhələsi tamamlanmadan əvvəl koronavirus peyvəndini təsdiqləməyə hazır olduqlarını söyləmişdi.

Mütəxəssislərin ehtimallarına görə, planetin 70% sakini koronavirusa qarşı peyvənd olunsa və ya hər hansı başqa üsulla immun sistemi qazana bilsə, pandemiya tamamilə başa çatacaq. (publika.az)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …