Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

QHT Agentliyi və STK Genel Müdirliyi arasında müzakirə aparılıb – FOTO

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri  Türkiyə Daxili İşlər Nazirliyi ilə olan Memorandumundan irəli gələrək Nazirliyin Sivil Toplum Kuruluşları Genel Müdirliyinin rəsmisi Ahmet Türkoz ilə görüşü baş tutub. 


Boyukmillet.com xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi Toğrul Məmmədli öz facebook səhifəsində məlumat verib: 


“Qardaş Türkiyə QHT-ləri ilə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin birgə əməkdaşlığı, Qarabağın bərpası və quruculuğu prosesində Azərbaycan və Türkiyə QHT-lərinin birgə layihələrinin icrası məsələsi eləcə də, beynəlxalq təşkilatlarda iki ölkə QHT-lərinin birgə əməkdaşlığı məsələləri müzakirə edildi.” 
Qeyd edək ki, görüşdə QHT agentliyin nümayəndələri Toğrul Məmmədli və Elnur Bağırlı iştirak edib.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …