Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

QHT Agentliyi və Vəqflər Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq

Məlum olduğu kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.


Səfər çərçivəsində Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və Agentliyin departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti  Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi cənab Burhan Ersoyla görüşüblər. 

Boyukmillet.com xəbər verir ki, görüşdə Vəqflər Baş İdarəsi ilə QHT Agentliyi arasında imzalanması planlaşdırılan Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu üzərində işlərə başlanması razılaşdırılıb.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …